Bakıda tikintidə bədbəxt hadisə, fəhlə binadan yıxıldı
    • 27-06-2019, 17:12
    • 985

Bakıda tikintidə bədbəxt hadisə, fəhlə binadan yıxıldı

Bakıda tikintidə bədbəxt hadisə baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 1997-ci il təvəllüdlü Əliyev Zəka Arzuman oğlu fəhlə işlədiyi, rayonun Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində tikilməkdə olan "Pilot İnşaat A" MMC-yə məxsus binadan yıxılıb.
Yaralı xəstəxanaya yerləşdirilib. /Trend/