-
- 2-11-2024, 16:35
- 285
Ermənistan ordusunda alçaldıcı durum
“Ermənistanda zabit çatışmazlığına səbəb hərbçilərin ətrafında yaranmış ruh düşkünlüyü, Ermənistan ordusuna qarşı aparılan antitəbliğat və komandanlığa qarşı ittihamlar olub”.
News24.az xəbər verir ki, bunu hərbi ekspert Karen Vrtanesyan deyib.
“Son illər Ermənistanın hazırkı hakimiyyəti ordunu məhv etmək üçün hər şeyi edib. Bu, hakimiyyətin ardıcıl siyasətinin nəticəsidir”. ekspert qeyd edib.
Bir çox erməni zabitlərə qarşı cinayət işi açılıb. Onlar ordunu gözdən salırlar. Nəticə odur ki, insanlar bu şəraitdə xidmət etmək istəmirlər. Hərbçi ailələrinə dövlət dəstəyi və mənzil proqramları şamil edilmir. Dövlət səviyyəsində ordunun heç nəyə qadir olmadığı, zəifliyi təbliğ edilir. Ona görə də gənclər hərbi karyera seçməyə tələsmirlər. Ordu getdikcə daha çox alçaldılır”, – deyə Vrtanesyan vurğulayıb. \\Globalinfo.az