Makronun bu hərəkəti qəzəblə qarşılandı
    • 2-11-2024, 17:55
    • 953

Makronun bu hərəkəti qəzəblə qarşılandı

Fransa lideri Emmanuel Makron Moldovada keçirilən prezident seçkiləri ilə bağlı yerli əhaliyə müraciət edib.

News24.az xəbər verir ki, bu, Avropanın adıçəkilən ölkəyə müdaxiləsi kimi qiymətləndirilib.

Bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot “X” hesabında paylaşında bildirib.

Makron yazıb ki, seçkilərin ikinci turu təkcə Moldova üçün deyil, həm də Avropa üçün həlledici olacaq. Prezident açıq və rəsmi şəkildə moldovalıları bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turunda Avropayönlü namizəd Maya Sanduya səs verməyə çağırıb

Xatırladaq ki, seçkilərin birinci turu oktyabrın 21-də keçirilib. İlk turun nəticələrinə görə, namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməyib və bu səbəbdən noyabrın 3-də səsvermənin ikinci turu keçiriləcək. Hazırkı prezident Maya Sandu və Moldovanın keçmiş baş prokuroru, Qaqauziya əsilli, Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqlo qalib olmaq uğrunda mübarizə aparır. \\KONKRET.az