-
- 28-05-2023, 21:14
- 444
İstanbul sakinləri seçkidə onu lider ediblər - SON NƏTİCƏLƏR
Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin 2-ci turu da başa çatıb. Artıq səslərin 97 faizdən çoxu sayılıb. Səsvermənin ilkin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan öndədir.
News24.az xəbər verir ki, ikinci turunda nəticələrin ən çox maraq doğurduğu yerlər arasında böyük şəhərlər var.
Türkiyənin 30 böyük şəhərində cəmi 47 milyon 450 mindən çox seçici yaşayır ki, bu da ümumi seçicilərin təxminən 74 faizinə və yerli seçicilərin təxminən 78 faizinə bərabərdir.
Hazırda səslərin 98,05 faizi sayılıb. Ölkənin ən böyük şəhəri olan İstanbulda nəticələr belədir:
Rəcəb Tayyib Ərdoğan: 48,40
Kamal Kılıçdaroğlu: 51.59
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.
Turan