Ödəmə terminallarını sındırıb pulları oğurladı
    • 2-11-2024, 13:00
    • 280

Ödəmə terminallarını sındırıb pulları oğurladı

Kürdəmirdə oğurluq əməllərinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Röyal Məmmədyarov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan News24.az verilən məlumata görə, həmin şəxs bir müddət əvvəl daxil olduğu mağazalarda quraşdırılan ödəmə terminallarını sındıraraq ümümilikdə 3000 manatdan artıq nağd pul, 2000 manat dəyərində spirtli içki və tütün məmulatları oğurlayıb.

R.Məmmədyarov  barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.