Kamandar Ələkbərova YÜKSƏK VƏZİFƏ VERİLDİ
    • 3-11-2024, 06:51
    • 537

Kamandar Ələkbərova YÜKSƏK VƏZİFƏ VERİLDİ


Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyinat olub.

News24.az "Report"a istinadla xəbər verir ki, muxtar respublikanın mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Kamandar Asəf oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Kamandar Ələkbərov bu təyinatadək Nazirliyin Aparatının Kadr və ümumi işlər sektorunun müdiri vəzifəsində çalışıb.