Tanınmış siyasətçi Elzanın şeirlərinə qiymət qoydu – 10 milyon dollar
    • 3-11-2024, 21:00
    • 4 189

Tanınmış siyasətçi Elzanın şeirlərinə qiymət qoydu – 10 milyon dollar


“Azərbaycanda ənənədən kənara çıxmaq başda normal qarşılanmır. Əvvəl sərbəst şeir meydana çıxanda camaat üsyan edirdi ki, bu nədir?! Belə şeir olar? Sonra Məhəmməd Əmin Rəsulzadə elə gözəl sərbəst şeirlər yazdı ki, insanlar bunu qəbul etməyə başladılar”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Reaksiya TV”-nin canlı efrində deyib.

Onun sözlərinə görə, bu gün Elza Seyidcahanın yazdığı şeirlər çox az sayda insanın başa düşəcəyi tərzdədir:

“E.Seyidcahan sürrealist yaradıcılıqla məşğuldur. Ölkədə elə bir yazıçı yoxdur ki, çıxıb onun nə demək istədiyini hər kəsə izah etsin. Sürrealist ədəbiyyat çox az adam üçün maraqlıdır. Bu, çoxluq üçün nəzərdə tutulmayıb. Vaxtilə ispan yazıçı Salvador Dali də buna bənzər yaradıcılıq yolu keçib. İndi lağa qoyulan o əsərlərinin biri 10 milyona satılır. Elza Seyidcahan həmin sürrealizmi Azərbaycan ədəbiyyatına gətirmək istəyir”.