-
- 4-07-2023, 23:39
- 683
"Elza cəmiyyətin həssas nöqtələrinə iynə sancır" - Kəramət Böyükçöl
"O, son dövrlər AYB-yə üzv olan ən uğurlu şairdir"
"İnsanların Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olmağına təəccüblənməyinin səbəbi onların hələ də bu qurumu ciddi bir yer hesab etməsi ilə bağlıdır".
Bunu açıqlamasında yazıçı Kəramət Böyükçöl müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilməsinə münasibət bildirərkən deyib.
K.Böyükçölün fikrincə, insanlar Yazıçılar Birliyinə üzv olan sayısız-hesabsız mənasız şairləri tanısalar, buna təəccüblənməzlər:
"Əksinə, Elza Seyidcahanı son dövrlər Yazıçılar Birliyinə üzv olan ən uğurlu şair hesab edərlər. İnsanların təəccüblənməyinin səbəbi Yazıçılar Birliyini tanımamalarıdır.
Elzanın şeirlərini təhlıil etmək isə uzun bir prosesdir. Onun maraqlı tərzi var. Yadıma gəlir, bir dəfə İnstaqram hesabında Nəsiminin qəzəlini öz adından paylaşmışdı. Millət tökülüb yazırdı ki, gorun çartlasın, ay Nəsimi, gör kimlər şeir yazır? Biri deyirdi ki, Füzuli qəbrində tərsinə çevrilir, digəri Nizaminin ruhunun narahatlığından danışırdı. Axırda Elza dedi ki, ay camaat, bu şeir mənim deyil, Nəsiminindir. Hər kəs mat qaldı. Guya Elzanı şair kimi bəyənməyən və qəbul etməyənlərin şeirdən başları çıxır? Demirəm ki, Elza böyük şairdir. O yaxşı bəstəkar və müğənnidir, həm də şeirlər yazır. O da belə yazır. Bu onun azadlığıdır".
K.Böyükçöl bildirib ki, Elzanın şeirlərindənsə, insanların ona təəccüblənməsi, müzakirə etməsi, onu ələ salması daha ciddi problemdir:
"Elza cəmiyyətin oturuşmuş, daşlaşmış, qəlibləşmiş, eyni zamanda tabu hesab edilən həssas nöqtələrinə iynə sancır. Söz oyunları ilə insanları qıcıqlandıracaq ifadələr işlədir. Elza da beləadamdır. O özü heç Yazıçılar Birliyini tanımır. Elə bilir ki, Yazılar Birliyinə üzv olmaq adama hörmət gətirir. Amma əksinə, ora üzv olmaq özünə hörmət edən şairi hörmətdən salır". /Bakupost.az/