-
- 4-11-2024, 09:18
- 445
Tramp yoxsa Harris? - Amerikalılar seçki mərcinə 123 milyon QOYUBLAR
ABŞ-da prezident seçkilərinə günlər qalmış mərc saytlarında, eləcə də sorğu şirkətləri və mediada hansı namizədin qalib gələcəyi ilə bağlı ciddi müzakirələr gedir.
News24.az xəbər verir ki, milyonlarla amerikalı çərşənbə axşamı, noyabrın 5-də ABŞ-ın 47-ci prezidentini seçmək üçün səs verəcək. Demokratların namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Trampın gərgin mübarizə apardığı seçkilərin yaxın tarixin ən rəqabətli yarışlarından biri olacağı gözlənilir.
ABŞ-ın ən böyük birjalarından biri olan Kalshi-yə görə, amerikalılar qanuni olaraq prezident seçkilərinə 123 milyon dollardan çox pul qoyurlar. Kalşiyə mərc edənlərin əksəriyyəti keçmiş prezident Trampın qalib gələcəyini gözləyir. Cümə gününə olan məlumata görə, mərc edənlər Trampın udmaq ehtimalını 48 faiz səviyyəsində görüblər.
Onu da qeyd edək ki, Trampın qazanma ehtimalı kriptovalyuta ticarət platforması Polymarket və Böyük Britaniyada yerləşən iki böyük mərc platforması Sporting Index və Betfair Exchange-də də 59 faizdən yuxarı olub.
Günel Məlikzadə