İlon Mask Trampın müşaviri ola bilər
    • 30-05-2024, 22:30
    • 202

İlon Mask Trampın müşaviri ola bilər

ABŞ-nin keçmiş prezidenti Donald Tramp yenidən seçkilərdə qalib gələcəyi təqdirdə İlon Mask onun məsləhətçisi ola bilər.

News24.az "Unikal"a istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının namizədi Tramp Tesla və "X"in CEO-su İlon Maskla danışıqlar aparır.

Amerikanın nəşri olan "The Wall Street Journal" bildirir ki, Mask Trampın ikinci prezidentlik müddətində ona iqtisadiyyatdan immiqrasiyaya, elmdən ABŞ Kosmik Qüvvələrinə qədər bir çox mövzuda məsləhət verə bilər.

Həmçinin, Maskın bir vaxtlar mübahisəli olduğu keçmiş prezidentlə müntəzəm olaraq danışdığı və noyabrda prezident Baydenə qarşı qalib gəlməyə kömək etməyi təklif etdiyi vurğulanıb.