Lənətlənmiş gəlincik BAKI SAKİNLƏRİNİ QORXUTDU - FOTO - VİDEO
    • 28-06-2019, 12:26
    • 2 351

Lənətlənmiş gəlincik BAKI SAKİNLƏRİNİ QORXUTDU - FOTO - VİDEO

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında rəsmi premyeradan 2 gün öncə Dolby Atmos formatında “Annabelin lənəti 3” filminin nümayişi keçirilib

News24.az bu, bizim dünyaya axirət dünyasının pis qüvvələrini gətirən, lənətlənmiş kukla haqqında qorxu filminin yeni hissəsidir.  

Kinoteatrın xüsusi tutqun dekoru qonaqları qorxudub və eyni zamanda çox cəlb edib. Həmçinin kinoteatrda musiqi, furşet, alkoqollu və alkoqolsuz içkilər təşkil olunub. 

Qorxu filminin rejissoru Hari Dobermandır. 

Filmdə Vera Farmiqa, Makkenna Qreys, Patrik Uilson, Emili Brobst, Medison İsman və başqaları çəkilmişdir.  

Qısaca film haqqında: Annabeli gələcək dağıntılar və xaos yaratmaqdan saxlamaq üçün, demonoloq Ed və Lorreyn Uorrenlər şeytan kuklanı öz evində artefakt olan bağlı otağa gətirirlər. Burada onu keşişin xeyir-duası ilə “etibarlı” işıqlandırılmış şüşəyə salırlar. Lakin Annabel otağın zalım cinlərini oyadandan sonra ev sakinlərini zülmətli dəhşət gecəsi gözləyir. Cinlərin yeni hədəfi Uorrenlərin on yaşlı qızı Cudi və onun dostları olur.