-
- 5-11-2024, 11:47
- 1 158
111 ildən sonra BP Türkiyədən ÇIXDI - Səbəb...
Yanacaq zənciri BP-nin Türkiyədəki 111 illik macərası sona çatıb. Şirkət ölkədəki yanacaq və terminal əməliyyatlarını “Petrol Ofisi”nə keçirəcək.
News24.az xəbər verir ki, BP-nin Türkiyə bazarında 770 yanacaqdoldurma məntəqəsi və lisenziya hüququ var idi.
BP-nin Türkiyədəki bütün yanacaq və terminal əməliyyatları sentyabrın 12-də Rəqabət Qurumunun təsdiqi ilə Petrol Ofisi (PO) Qrupuna satılıb.
Sözügedən müqavilə 2023-cü il noyabrın 14-də imzalanıb.
Razılaşmadan sonra BP-nin adını daşıyan bütün yanacaqdoldurma məntəqələrinin adları dəyişəcək.
Onu da qeyd edək ki, dünya miqyasında dayanıqlı enerji həllərinə diqqət yetirmək üçün strategiya hazırlayan BP bu məqsədlə Türkiyədən çəkilmək qərarına gəldiyini açıqlayıb.
Günel Məlikzadə