-
- 5-11-2024, 21:06
- 432
Bu qidaları qətiyyən soyuducuya qoymayın
Bəzi qidalar var ki, qətiyyən soyuducuda saxlamaq olmaz.
News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə qida məsləhətçisi Aytən Xaqan məlumat verib. O, həmin qidaları və soyuducuda saxlanacağı halda zərərlərini aşağıdakı kimi sıralayıb:
1. Çiy Kartof - Əgər soyuducuda saxlansa, bişirilən zaman kanserogen maddə olan akrilamidin daha yüksək miqdarda əmələ gələməsinə şərait yaranacaqdır.
2. Qabıqla halda soğanı soyuducuda mühafizə etmək olmaz. Eynilə kartofdaki kimi olacaq.
3. Sarımsaq da qabıqlı halda soyuducuda saxlanmamalıdır. Hava alan sərin və işıq almayan ortamda saxlanması tövsiyə olunur.
4. Yetişməmiş avokadonu soyuduca saxlasanız, yetişmə vaxtını uzadacaqsınız.
5. Banan da avokado kimi əgər yetişmiş deyilsə, soyuducuda saxlamağınız yetişmə vaxtını uzadacaq. Banan hava alan işıqlı şəraitdə saxlanmalıdır. Ümumiyyətlə, soyuducuda banan saxlanması heç bir halda tövsiyə olunmur.
6. Bal soyuq temperaturda kristallaşdığı üçün otaq temperaturunda saxlanmalıdır.
7. Soyuducuda üyüdülmüş qəhvə isə öz aromasını itirə bilər.