-
- 5-11-2024, 23:46
- 245
O reklamlara görə xalları silinəcək - Sərt tədbirlər başlayır
Türkiyə Futbol Federasiyası qanunsuz mərc oyunlarının reklamlarına qarşı İntizam Təlimatında dəyişiklik edib.
News24.az QOL.az-a istinadən xəbər verir ki, qeyri-qanuni mərc oyunlarını reklam edən klubların cərimələrlə yanaşı, xallarının silinməsinə qədər cəzalar tətbiq olunacaq.
Qeyd olunub ki, səlahiyyətli orqanlar tərəfindən lisenziyası olmayan mərc oyun müəssisələrinin hər hansı mediada, o cümlədən stadionlarda reklam lövhələri və digər avadanlıqlardan istifadə etməklə təbliği və ya reklamı qadağandır. Bu qadağa həmçinin bu təşkilatların filiallarının bu təşkilatları xatırladan şəkildə təşviqi və reklamını da əhatə edir.
TFF-nin qadağasına əməl edilmədikdə Superliqa klubları ilk qayda pozuntusuna görə 2 milyon 500 min TL, ikinci dəfə 5 milyon TL, üçüncüdə isə 10 milyon TL və 3 xalın silnməsi cəzası ilə üzləşəcək.