"Beşiktaş"ın "Makkabi" ilə görüşü Bakıda keçirilə bilər
    • 5-11-2024, 17:32
    • 267

"Beşiktaş"ın "Makkabi" ilə görüşü Bakıda keçirilə bilər

UEFA Avropa Liqasının Liqa mərhələsində "Makkabi" (Təl-Əviv) ilə İstanbuldakı görüşü təxirə salınan "Beşiktaş" matçın Bakıda keçirilməsi üçün Beynəlxalq Futbol Federasiyası ilə danışıqlara başlayıb.

News24.az oxu.az-a istinadla xəbər verir ki, "Beşiktaş" rəsmiləri İsrail klubu ilə ortaq ölkə olaraq Azərbaycanı gördükləri üçün görüşün Bakıda keçirilməsini istəyirlər.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun "Beşiktaş" - "Makkabi" (Təl-Əviv) oyununun iki ölkə arasındakı siyasi böhran səbəbindən noyabrın 28-də neytral meydanda keçirilməsi nəzərdə tutulub.