-
- 6-11-2024, 02:46
- 265
Həftədə nə qədər ət yesək bizə faydalı olar?
Litvalı alimlər həftə ərzində yeyilən ətin miqdarını açıqlayıb.
News24.az xəbər verir ki, mütəxəssislər insana həftədə 600 qramdan artıq ət yeməməyi məsləhət görür. Alimlərin fikrincə, 1 nəfər gündə 110 qramdan artıq ət yeyirsə, onun şəkər və xərçəng xəstəliyinə tutulma riskini artır. Burada söhbət mal, qoyun, donuz əti, hind toyuğu ilə yanaşı, həm də kolbasa, sosis və bekondan (hisə verilmiş donuz əti) da gedir.
Hələ 2009-cu ildə Avropada aparılmış tədqiqat göstərmişdi ki, insanın gündə 160 qramdan artıq ət yeməsi onun bağırsağında xərçəng xəstəliyinin və ürək xəstəliklərinin əmələ gəlmə riskini düz 2 dəfə artırır.
Ağa