7 aylıq hamilə olan müğənni öldü – FOTO
    • 6-11-2024, 03:33
    • 312

7 aylıq hamilə olan müğənni öldü – FOTO

Rusiyalı opera müğənnisi, Mariinski Teatrının solisti Mariya Rinçinova (Baldanova) ötən gün vəfat edib.

News24.az axşam.az-a istinadən bildirir ki, sənətçi yeddi aylıq hamilə olub. Həkimlər 36 yaşlı müğənni və körpəsinin həyatını xilas edə bilməyiblər.

Onun ölümünə həkim səhlənkarlığının səbəb olub-olmadığı araşdırılır.

Qeyd edək ki, Mariyanın 1 qız övladı var.