-
- 6-11-2024, 20:37
- 282
“Buna görə burnumu 3 dəfə əməliyyat etdirdim”
Müğənni Sevil və Sevinc Səfərova bacıları illər əvvəl keçirtdikləri plastik əməliyyatlardan söz açıb.
News24.az OLAY-a istinadla yazır ki, bu haqda əkizlər qonaq olduqları “Xəbərin var?” maqazin verilişində danışıb.
Sevinc bir dəfə, Sevil isə üç dəfə “rinoplastika” yəni burun əməliyyatını etdirdiyini açıqlayıb:
“Üç dəfə burnumdan əməliyyat olunmuşam. Burun əməliyyatımdan 3-4 ay keçmişdi, efirə çıxırdıq. Mən Sevil canlı efirə keçəndə şüşəni görməmişdim. Burnum dəydi amma qanamadı. Amma başımın üzərində fırlanan “ulduzları” gördüm (gülür). Burnumun üstündə çat əmələ gəldi. Get-gedə başladı genişlənməyə. Həkim mənə dedi ki, klapan qoyulmalıdır. Elə də etdi. Amma sonra makiyaj zamanı həmin klapan görsənməyə başladı. Ona görə də getdim 3-cü dəfə estetik əməliyyat etdirdim. Beləcə problemin aradan tam olaraq qalxdı”.