-
- 6-11-2024, 05:05
- 528
Nə zeytun yağı, nə də kərə yağı - Ən sağlam yağ açıqlandı
Bütün dünyada dəyişən yemək vərdişləri ilə, xüsusən də koronavirusun yayılmasından sonra, bir çox insan ürək sağlamlığını qorumaq və çəkisinə nəzarət etmək üçün zeytun yağına müraciət edir. Sümük inkişafı və bərpası üçün faydalı olduğu bilinən kərə yağı da son illərdə ən çox seçilən yağlardan biri idi. Lakin professor Aleksandra Yakovlevanın apardığı araşdırmalar nəticəsində məlum olub ki, ən sağlam yağ günəbaxan yağıdır.
News24.az xəbər verir ki, günəbaxan yağında yüksək miqdarda doymamış yağ turşuları olduğunu bildirən Yakovleva günəbaxan yağının ürəyi qoruduğunu və damar tıxanmasının qarşısını aldığını açıqlayıb.
Maraqlı araşdırma aparan mütəxəssislər günəbaxan yağının mədə və bağırsaq xəstəliklərinə də yaxşı təsir etdiyini bildiriblər.
Əvvəlki bəzi araşdırmalar günəbaxan yağının beyin inkişafı üçün də vacib olduğunu vurğulayıb.
Günəbaxan yağı diabet xəstələrinin insulin ehtiyaclarını ödəmək üçün də yaxşı seçimdir. Bundan əlavə, maddələr mübadiləsinə heyvan yağlarından daha güclü təsir göstərir.
Qeyd edək ki, günəbaxan yağının tərkibində Omeqa-3 olduğundan infeksiya riskini aradan qaldırır və hüceyrələrin yenilənməsini təmin edir. Bu səbəbdən zaman-zaman kosmetik məhsulların istehsalında da istifadə oluna bilər.
Tərkibində Omeqa-3 olduğu üçün orqanizmdə infeksiya riskini aradan qaldırır və hüceyrələrin yenilənməsini təmin edir. Hüceyrələri yenilədiyi üçün kosmetik məhsullarda da üstünlük verilir.
E vitamini sayəsində immunitet sistemini gücləndirir və ürək xəstəlikləri riskini azaldır.
Ancaq günəbaxan yağının həddindən artıq istehlakı sızanaq və yağlı dəri kimi problemlərə səbəb ola bilər. Qızartmada istifadə edilən günəbaxan yağı bir dəfədən çox istifadə edilməməlidir.
Günəbaxan yağının həddindən artıq istehlakı bir çox yağlarda olduğu kimi damarların tıxanmasına səbəb ola bilər. Qadınlarda menopoz zamanı günəbaxan yağının həddindən artıq istehlakı döş xərçəngi riskini artıra bilər. Kişilərdə prostat xərçənginə səbəb ola bilər. Günəbaxan yağının faydadan çox zərər verməməsi üçün onu normada istehlak etmək vacibdir.
Günel Məlikzadə