Hər səhər şam yandırırdı, özü də yanıb öldü
    • 7-11-2024, 09:26
    • 192

Hər səhər şam yandırırdı, özü də yanıb öldü

Rusiyanın Nijni Novqorod vilayətində 84 yaşlı qadın yanaraq ölüb.

News24.az yerli mediaya istinadla bildirir ki, hadisə Poçinki kəndində evdə baş verib.

Evdə 12 kv.m sahəni əhatə edən yanğın söndürülüb. Məlumata görə, qadının meyiti kresloda tapılıb.

Qonşuların bildirdiyinə görə, qadın dini ayinləri yerinə yetirmək üçün səhərlər tez-tez şam yandırıb. Yanğının ehtimal olunan səbəbi ehtiyatsızlıqdır.

//lent.az