Azərbaycanda hava SƏRİNLƏŞƏCƏK
    • 28-06-2019, 17:55
    • 803

Azərbaycanda hava SƏRİNLƏŞƏCƏK

Azərbaycanda hava sərinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, iyun ayının ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 29-u axşamdan iyulun 02-si gündüzədək şimal küləyi güclənəcək, iyunun 30-da bəzi yerlərdə daha güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında iyunun 29-u axşamdan iyulun 02-dək arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda  leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.