-
- 8-05-2020, 14:34
- 926
Hava kəskin dəyişəcək - NAZİRLİKDƏN XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 9-u günün ikinci yarısından 11-dək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir. Mayın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında mayın 9-u günün ikinci yarısından 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.