-
- 7-11-2024, 11:29
- 190
Evlənmək vədi ilə aldadaraq 180 min avro aldı
Çağla Çetin adlı qadın Beyaz TV-də yayımlanan "Söylemezsem Olmaz" verilişində Kerimcan Durmaz tərəfindən evlənmək vədi ilə aldadıldığını iddia edib.
News24.az xəbər verir ki, canlı yayımda diqqətçəkən açıqlamalar verən Çetin, Kerimcan Durmazla 7 illik münasibəti zamanı aldadıldığını vurğulayaraq "Ədalət istəyirəm" deyib.
"YANIMDA KİŞİ KİMİ İDİ"
2016-cı ildə Kerimcan Durmazla təsadüfən tanış olduğunu bildirən Çağla Çetin Kerimcan Durmaz haqqında "Yanımda kişi kimi görünürdü" deməyi diqqət çəkib. Çetin yaşadıqlarını belə izah edib:
“Mənə "Məni belə tanıyırlar, amma bu vəziyyətdən bezmişdim” dedi. Ətrafımda kişi kimi görünürdü. Onunla 2016-cı ildə "İnstaqram"da təsadüfən tanış oldum. Mən onun kim olduğunu bilmirdim. Profilində gördüm ki, Almaniyaya gəlir, səhnəsi var. Fanatı deyildim, amma görəndə xoşuma gəldi. Səhnəyə çıxmaq istədiyimi yazmışdım. Dedim ki, üz-üzə görüşmək imkanı varmı? “Gəl” dedi. Səhnə arxasında qucaqlaşıb söhbət etdik. Hər həftə Almaniyaya gəlməyə başladı. Biz belə başladıq. O, mənə qarşı çox yaxşı idi. Sanki 10 ildir bir-birimizi tanıyırdıq. Mən ona 180 min avro verdim. Qəbzlər, nəğd verdiyim pulum da var”.
Məryəm İlhamqızı