İran və İraq bu məsələdə razılığa gəldi
Dünya
İran və İraq ikitərəfli təhlükəsizlik müqaviləsinin tam şəkildə həyata keçirilməsi və ortaq sərhədlərinin qorunmasını gücləndirmək üçün səy göstərmək barədə razılığa gəliblər.
News24.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, noyabrın 28-də Tehranda keçirilən danışıqlar zamanı tərəflər regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İraqın milli təhlükəsizlik müşaviri Qasım Əl-Əbudinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə xarici qüvvələrin iki ölkə arasındakı iqtisadi əməkdaşlığa mənfi təsir göstərməməli olduğunu bildirib.