-
- 8-11-2024, 12:11
- 257
Mahir Emrelinin komandası növbəti oyuna çıxır
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxacaq.
News24.az QOL.az-a istinadla xəbər verir ki, sözügedən komanda öz meydanında “Kayzerslautern”i qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Hazırda “Nürnberq” 11 turdan sonra 17 xalla 6-cı, "Kayzerslautern" isə 16 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli Bundesliqada 4 oyunda 3 qol vurub.