-
- 29-06-2019, 15:09
- 903
"Vətəndaşların əmin-amanlığı və qanunçuluq etibarlı qorunacaq" - Vilayət Eyvazov
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, İyunun 29-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.
Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, həmçinin suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daxili İşlər naziri V.Eyvazov təntənəli mərasimdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya ali diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacağını vurğulayıb.
Sonra o, Akademiyanın professor-müəllim heyətini, kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib, bu polis ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, Vətəninə layiqincə xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə dəyərli töhfələr verdiklərini məmnunluqla xatırladıb.
Daxili işlər orqanlarında xidmətin böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm və təhsil tələb etdiyini vurğulayan Daxili İşlər naziri polisin professional səviyyəsini daim artırmasını bir vəzifə kimi qarşıya qoyan ümummilli liderimiz Heydər Əliyevin gələcəyə hesablanmış müvafiq tapşırıqlarının icrasının Akademiyanın inkişafında əhəmiyyətli rol oynadığını xüsusilə vurğulayıb.
Nazir V.Eyvazov ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da əhatə etdiyini, məhz dövlətin böyük diqqət və qayğısı sayəsində Akademiyanın da maddi-texniki bazasının gücləndiyini, təhsilin keyfiyyətinin yüksəldiyini qeyd edib.
Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran cənab V.Eyvazov ümidvar olduğunu bildirib ki, gənc zabitlər praktiki fəaliyyətdə masir tələblərə cavab verən, hüquqi və demokratik dövlət prinsiplərinə uyğun bilik və bacarığa yiyələnmək, yüksək hazırlıq səviyyəsinə nail olmaq üçün var qüvvə ilə çalışacaq, yüz ildən artıq tarixi, şanlı ənənələri olan Azərbaycan Polisinin fədakar və nəcib missiyasını, veteranlarımızın Vətənə və xalqa xidmət estafetini layiqincə davam etdirəcəklər.