Arağın kişi və qadınlar üçün faydaları
    • 9-11-2024, 14:43
    • 324

Arağın kişi və qadınlar üçün faydaları

Alkoqolun zərəri barədə çoxları bilir. Alkoqolli içki istənilən spirtli, alkoqol tərkibli içkilər nəzərdə tutulur. Amma nədənsə dədə-babadan arağın daha xeyirli olmasına inanıb və hələ də bu miflər gəzir.

Elmi-tibbi baxımdan da arağın tərkibinə görə müəyyən faydaları olması sübut olunub. Lakin bu zərərləri üstələmir.

News24.az xəbər vərər verir ki, araşdırmalar göstərib ki, təmiz araqda qarışıq maddələr azdır, orqanizm tərəfindən daha asan həll olunur. Əgər araqdan içib sərxoş olmaq üçün yox, arada müalicə üçün istifadə edə biləcəksizsə, bəzi faydalarını təqdim edirik:

1.Sakitləşdirir, stresi azaldır

Digər alkoqol içkilərinə nisbətən araq stresi, gərginliyi daha tez və yaxşı götürür. Əgər işdə, həyatda ciddi stress vəziyyəti ilə üz-üzə gəlmisizsə və neqativ təsiri azalda bilmirsizsə, şərab, çaxır yox, bir qədəh araq içmək olar. Bu, sizin xeyrinizədir.

2.Mikrobları öldürür

Araqda olan 40% spirt mikrob və zərərli bakteriyaların olduğu zülalları çevirmək qabiliyyətinə malikdir. Eləcə də araq içmək orqanizmi susuzlaşdırır ki, bu da bakteriyaların xoşuna gəlmir. Düzdür, bu effekt dezinfeksiyaedici maddələrdən imtina etməyə əsas vermir, lakin əl altında bir şey olmadıqda daxilə bir qədəh araq qəbul etmək, eləcə də xaricə araq çəkmək və kompreslə mikroblarla mübarizə apara bilərsiz. Araq həm də ağrıkəsicidir.

3.Tromb yaranmasına qarşıdır

Arada az miqdarda təmiz araq içmək, qan dövranını yaxşılaşdırır, damarlarda tromb əmələ gəlməsini əngəlləyir. Bu isə ürək-damar problemləri üçün yaxşıdır. Eləcə də araq zərərli xolesterini təmizləyir.

4.Qanda şəkəri salır

Orqanizmə düşən kimi araq ilk növbədə qanda şəkər işlənilir. Qaraciyər qlükoza hasil etmir, ona görə qana şəkər sıçramır. Xüsusən acqarına olduqda bu daha effektli olur.

5.Ağızdakı pis qoxunu aparır

Arağın antiseptik xüsusiyyəti ağız boşluğundakı bakteriyaları öldürür. Ona görə xaricdə tərkibində araq və darçın olan ağız yaxalayıcı maddə satılır. Amma əvəzində araq içənin ağzından araq iyi gəlir. Buna da hazır olmaq lazımdır.

6.Yağlı dərilər üçün tonikdir

Araq qurudur, susuzlaşdırıcıdır. Ona görə, həssas və quru dərilər üçün olmaz. Yağlı, səpkili, akneli dərilər üçün əladır və məsamələri təmizləyir

7.Saçları kəpəkdən təmizləyir

Araq baş dərisində kəpəyi təmizləyir. Ona görə losyon kimi başa çəkmək olar.

8.Toksinləri zərərsizləşdirir

Orqanizmin daxilinə müxtəlif xarici təsirdən düşmüş zərərli toksinləri zərərsizləşdirir, bir növ, absorbizasiya edir. Ona görə, mədə-bağırsaq pozulması və zəhərlənməyə şübhələndikdə, arağı duzla qəbul edin.

9.Seksual iştahı artırır

Yeməkdən əvvəl cəmi 50 qr araq həm iştahı, həm də intim arzunu gücləndirir. Ona görə olmayanda, araq Viaqranı da əvəz edə bilər.

Lakin buna da çox aludə olmayın. Çünki getdikcə asılı ola bilərsiz.

10.Virus, qrip və bogaz şişəndə

Mövsüm virus xəstəlikləri, qrip, soyuqdəymədə ilk başda bir qədəh arağa bir az qırmızı istiot səpib içmək, bogazı və burunu dezinfeksiya etmək əla effekt verir.

Bu bəndləri saymaqla, fikrimiz sizi arağa bağlamaq deyil. Amma artıq içiləndə su da zərər verdiyi kimi, az və yerində içiləndə araq da fayda verir prinsipi ilə yaşasanız, sağlam olarsız.\\medicina.az