News24.az saytının 1 yaşı tamam oldu - VİDEO
    • 30-06-2019, 08:00
    • 1 173

News24.az saytının 1 yaşı tamam oldu - VİDEO

News24.az saytının 1 yaşı tamam oldu.

2018-ci il iyunundan fəaliyyətə başlayan News24.az ötən müddət ərzində ölkənin populyar saytlarından birinə çevrilib.
Peşəkar bir komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan News24.az bir il ərzində özünü təsdiqləməyə çalışıb və geniş oxucu auditoriyası toplayıb.

Saytımız ölkədə fəaliyyət göstərən və aktiv olan bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, ədəbiyyat, incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir.
Müxtəlif mövzularda özəl məqalələrlə, müsahibələrlə gündəmi tutmağa səy göstərir. Bunun üçün bir sıra sosial layihələrin həyata keçməsinə media dəstəyi verib. Eyni zamanda "Qadına zorakılığa son" və "Mənə dünyanı çək" kimi maraqlı layihələr gerçəkləşdirib.
Bir sözlə, günün nəbzini tutmağa, xəbərin peşəkar, tərəfsiz daşıyıcısı olmağı özünə hədəf seçib.

Bundan sonra da hər kəsin gözünün onda olmas üçün həmin enerji və həvəslə davam edəcək.