Rəngli süni elektron dəri hazırlandı
    • 6-08-2018, 19:00
    • 1 104

Rəngli süni elektron dəri hazırlandı

Çinli alimlər qrafen materialı əsasında sağlamlıq vəziyyətinin monitorinqi üçün daşınan elektron qurğu kimi işləyə bilən rəngli süni elektron dəri hazırlayıb.

 “E-skin” adlandırılmış elektron dəridə insanın dərisini imitasiya edən, təzyiq, temperatur və dartılmanı hiss edə bilən nazik, elastik və uzadıla bilən elektron materialdan istifadə olunur.

Elektron dəri tənəffüs, ürək döyüntüsü və səs daxil olmaqla bədən siqnallarının ölçülməsi məqsədilə insan dərisi, həmçinin boğaza bərkidilə bilər.
Yeni həll yüksək həssaslıq və uzunmüddətli sabitlik nümayiş etdirir, yüksək temperatura davam gətirir.

Alimlər elektron dərinin səhiyyə və süni intellekt sahəsində tətbiq üçün böyük potensiala malik olmasına əmindirlər.

// Qafqazinfo