-
- 12-11-2024, 22:35
- 6 486
Qonşu ölkənin səmasında 20-yə yaxın UNO GÖRÜLDÜ
Soçi - Moskva marşrutu üzrə hərəkət edən Rusiya aviaşirkətinə məxsus təyyarənin pilotları uçuş zamanı uçan naməlum obyektləri (UNO) görüblər.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Aviainicident" "Telegram" kanalı məlumat yayıb.
“11/10/2024, Moskva vaxtı ilə 18:11, Moskva aerodromunun ərazisi (Vnukovo). Təyyarə "F150" uçuş səviyyəsi ilə marşrut üzrə uçarkən ekipaj şərqə ofsetlə təyyarənin uçuşundan yuxarı bir xətt üzrə hərəkət edən 20-yə yaxın işıqlı obyektin müşahidə edildiyini bildirdi", - "Telegram" kanalı yazıb.
Mənbə qeyd edib ki, hadisə ilə bağlı hava hücumundan müdafiə orqanları məlumatlandırılıb. Baş verənlərə baxmayaraq, komandir pilot təyinat aeroportuna getmək qərarına gəlib.
"Aviainicident" qeyd edir ki, paytaxtın Şeremetyevo hava limanında eniş uğurlu olub, sərnişinlərdən heç biri xəsarət almayıb.