43 ildən sonra məhkumları edam etmək üçün CƏLLAD TAPILDI
    • 1-07-2019, 11:16
    • 1 387

43 ildən sonra məhkumları edam etmək üçün CƏLLAD TAPILDI

43 ildir məhkumları edam etmək üçün axtarılan cəllad tapılıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, Şri-Lankada 43 ildən sonra ilk dəfə həbsdə olan 4 məhkum edam ediləcək. Uzun illərdir edamın həyata keçirilməməsinə səbəb isə cəllad vəzifəsində işləmək istəyənlərin olmamasıdır. 

Bu yaxınlarda isə cəllad vəzifəsinə 100 nəfər müraciət edib. Dövlət onlardan yalnız ikisinin müraciətini qəbul edib. Həmin şəxslər narkotikin qanunsuz dövriyyəsinə görə həbs olunan şəxsləri edam etmək üçün 2 həftəlik hazırlıq kursundan keçəcəklər.