-
- 11-10-2018, 16:55
- 668
Torpağa görə adam öldürtdürən 100 yaşlı kişi edam olunacaq
Nigeriyada oğlu ilə birgə qaldığı kamerada 4 ildir edam olunmasını gözləyən ölkənin ən yaşlı məhkumu Celestine Egbunuçenin bağışlanması üçün kampaniya başladılıb.
18 il öncə ölkənin İmo əyalətində ərazi üstündə mübahisə etdiyi bir nəfəri killer tutaraq öldürtdürən 100 yaşlı Egbunuçenin səhhətinin yaxşı olmadığı bildirilir.
Həbsxanada ona 2014-cü ildə eyni cinayətə görə edam cəzası alan oğlu baxır. 41 yaşlı Paul Egbunuçe atasının gözlərinin yaxşı görmədiyini, çətinliklə yeridiyinu, həmçinin ətrafında baş verən hadisələri də anlamadığını bildirib:
"Tez-tez digər məhkumları göstərib, "Bu adamlar burda nə edirlər?" soruşur. Hər səhər su qaynadıb onu çimizdirirəm. Səhər yeməyi hazırlayıram. Kameranı açsalar, təmiz havaya çıxarıram".
Oğul Egbunuçe digər məhkumların da atasına kömək etdiklərini və onun sərbəst buraxılmasını istədiyini söyləyib.
Celestine Egbunuçenin 100 yaşı avqustun 4-də tamam olub. Yerli qəzetlərin biri onun yaşını xəbər etdikdən sonra edam məhkumlarının həbsxanada keçirdikləri müddətin uzunluğu və edam cəzasının özü ölkə miqyasında müzakirə olunmağa başlayıb.
Nigeriyada 2000-dən çox edam məhkumu var. Bu məhkumlar uzun illərdir ki, öz edamlarını gözləyirlər. Lakin məhkumlar nadir hallarda edam edilir. Son edam 2016-cı ildə gerçəkləşdirilib. Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, 2007-2017-ci illər ərzində 7 nəfər edam edilib.
Qeyd edək ki, vətənə xəyanət, insan oğurluğu və silahlı oğurluq kimi cinayətlərə görə Nigeriyada hələ də edam hökmü çıxarılır.
Məhkumlara hüquqi dəstək verən LEDAP təşkilatının vəkili Pamela Okoroigve məhkumların əksəriyyətinin vəkil tutmaq üçün maddi imkanı olmadığını bildirib: "Siz heç edam cəzası gözləyən varlı bir məhkum görmüsüz? Ən yaxşı vəkilləri tutub, sərbəst qalırlar".
Egbunuçe üçün əf kampaniyası başladan GSAC adlı korrupsiyaya qarşı mübarizə təşkilatının rəhbəri Franklin Ezeona isə bir çox Afrika ölkəsində ədalətin yoxsullar üçün işləmədiyini söyləyib. "Bir insanı bu qədər uzun müddət ipin ucunda saxlamaq böyük işgəncədir".
Ezeona bu kampaniya ilə həm Egbunuçenin sərbəst buraxılmasını, həm də digər edam məhkumlarının vəziyyətinə yenidən baxılmasını təmin etmək istədiklərini deyib: "Hər kəs ikinci bir şansa layiqdir".
İmo əyalətinin baş prokuroru Miletus Nlemedim 100 yaşlı məhkumun sərbəst buraxılması üçün valinin qərarını gözlədiklərini bildirib.
//Qaynarinfo