Telefon ekranına baxarkən bunu edin- 20-20-20 qaydası
    • 13-11-2024, 01:30
    • 328

Telefon ekranına baxarkən bunu edin- 20-20-20 qaydası


İndiki vaxtda smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu cihazların uzun müddət və şüursuz istifadəsi göz sağlamlığına ciddi mənfi təsir hər kəsə məlumdur. Smartfon ekranları yüksək enerjili görünən işıq kimi tanınan mavi işıq saçır. Bu tip işıq gözün arxasındakı retinaya zərər verə bilər və uzun müddətdə makula degenerasiyası kimi ciddi göz xəstəliklərinə səbəb ola bilər.

Smartfonlardan yayılan mavi işıq melatonin hormonunun istehsalını boğaraq yuxu rejimini pozur. Bu, yuxuya getmənin çətinləşməsinə və yuxu keyfiyyətinin azalmasına səbəbdir.

20-20-20 qaydasını tətbiq edin: Hər 20 dəqiqədən bir, 20 saniyə 20 metr uzağa baxaraq gözlərinizi dincəldin.

Ekran vaxtını məhdudlaşdırın : Gündəlik ekran istifadəsini məhdudlaşdırın, xüsusilə, uşaqlar üçün müntəzəm fasilələr edin.

Mavi İşıq Filtrlərindən istifadə edin:Ekranlarda mavi işıq filtrləri və ya xüsusi eynəklərdən istifadə etməklə gözlərinizi qoruyun.

Yatmadan əvvəl ekran istifadəsini azaldın: yatmazdan ən azı iki saat əvvəl smartfonlardan istifadəni dayandırın.

Smartfonlardan şüurlu və nəzarətli istifadə göz sağlamlığını qorumaq üçün böyük əhəmiyyət kəsb edir.