ŞOK: 13 yaşlı qız QİÇS-dən öldü
    • 14-11-2024, 11:21
    • 308

ŞOK: 13 yaşlı qız QİÇS-dən öldü

Türkiyənin İzmir şəhərində dəhşətli hadisə yaşanıb. Osteoporozdan (sümük əriməsi xəstəliyi -red.) müalicə alan qızın ölümündən sonra QİÇS-ə yoluxduğu məlum olub. 13 yaşlı qızın cinsi istismara məruz qaldığı müəyyən edilib.

News24.az NTV-yə istinadən xəbər verir ki, həkimlər virusun uşağa anadan keçmədiyini, cinsi zorakılıq yolu ilə keçdiyini müəyyən ediblər. 

Türkiyədə uşaqlar arasında QİÇS-ə yoluxma hallarının artdığını vurğulayan mütəxəssislər İstanbul Tibb Fakültəsində müalicə alan 100-dən çox HİV-ə yoluxmuş uşağın olduğunu bildiriblər. Bu uşaqlardan 20-nin cinsi zorakılıq yolu ilə virusa yoluxduğu məlum olub. 

Həmçinin qeyd olunub ki, ölkə üzrə QİÇS-ə yoluxmuş uşaqların sayı 250-yə yaxınlaşıb.

Aynurə