Bakıda universitet müəlliməsinə qarşı CİNAYƏT
    • 1-07-2019, 16:46
    • 806

Bakıda universitet müəlliməsinə qarşı CİNAYƏT

Bakıda universitetlərdən birində çalışan müəlliməyə qarşı oğurluq edilib.

News24.az
-ın məlumatına görə, Nəsimi rayonu ərazisində İqor Preida adlı şəxs Azərbaycan Tibb Universitetinin əməkdaşı A.Pənalıyevanın xeyli miqdarda pulunu və qızılını oğurlayıb. Həm də bəstəkar olan qadın bu barədə polisə müraciət edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs tutulub. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü, yəni, oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə iş açılıb.