Bakıda qadından həmcinsinə qarşı CİNAYƏT – PUL DAVASI
    • 9-07-2019, 14:25
    • 1 828

Bakıda qadından həmcinsinə qarşı CİNAYƏT – PUL DAVASI

Bakıda həmcinsinə qarşı dələduzluq etmiş qadına cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Nəsimi Rayon Pois İdarəsində Arifə Hüseynova adlı qadın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü, yəni, dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə iş açılıb. Artıq cinayət işinin ibtiai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və iş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 19-da keçiriləcək.

Qeyd edək iş üzrə L. Ağayeva adlı qadın zərərçəkən şəxs qismində tanınıb.