-
- Bu gün, 20:13
- 405
Bədəninizdə bu əlamətlər varsa, duzu azaltmalısınız
Yeməklərin əvəzedilməz hissəsi olan duz, insan orqanizmi üçün faydalı qidadır. Yeməklərə ləzzət qatan duzun normal istehlakı faydalı olsa da, çox duz istehlakının insan sağlamlığına müəyyən zərərləri var.
News24.az xəbər verir ki, mütəxəssislərin verdiyi açıqlamalara görə, gündə 1 çay qaşığı kafi istehlak sayılır.
Həddindən artıq duz istehlakı nəticəsində bədənimiz bizə bəzi siqnallar verməyə başlayır. Duz istehlakının qarşısı vaxtında alınmazsa, bəzi qalıcı təsirlər ola bilər. Ciddi dərəcədə zərər verə bilən duz istehlakına qarşı bədənimizin verdiyi siqnallar aşağıdakılardır:
Yüksək qan təzyiqinə diqqət yetirin: Duz istehlakının ən bariz yan təsiri qan təzyiqidir. Duz istehlakı artdıqda qan təzyiqinin yüksəlməsinə də səbəb olur. O, dövran edən qan həcmini artırır və qan damarlarını sıxaraq qan təzyiqinin yüksəlməsinə səbəb olur. Həddindən artıq duz istehlakı uzun müddətdə hipertoniyaya səbəb olur.
Şişkinliyə səbəb olur: Duz bədəndə su tutmasına səbəb olduğundan zamanla bədənin müəyyən yerlərində şişkinliklər meydana gəlməyə başlayır. Əllərdə, ayaqlarda və qarında şişkinlik həddindən artıq duz istehlakı nəticəsində yaranan ödemin göstəricisidir.
Baş ağrısı: Əgər tez-tez baş ağrınız varsa, bunun səbəbi həddindən artıq duz istehlakı ola bilər. Həddindən artıq duz istehlakı qan axınında dəyişikliklərə, baş ağrılarına səbəb olur.
Ürək döyüntüsü riski: Həddindən artıq duz istehlakı orqanizmdə kalium və natrium balansını pozur. Bu vəziyyət birbaşa ürəyə təsir edir, nizamsız ürək döyüntüsünə səbəb olur. Duz istehlakını məhdudlaşdırmaq daha yaxşı olardı, çünki qarşısı alınmazsa gələcəkdə infarkt və ürək ritminin pozulması kimi xəstəliklərə səbəb ola bilər.
Həddindən artıq susuzluq: Duz eyni zamanda susuzluq yaradır. Əgər tez-tez həddindən artıq susuzluq hiss edirsinizsə, bunun səbəbi həddindən artıq duz istehlakı ola bilər. Sağlamlığınız üçün duz istehlakını məhdudlaşdırmaq yaxşı olardı.
Məryəm İlhamqızı