“Bir söhbət çıxmışdı, deyirdilər, qız yekəxanadır”
    • Bu gün, 21:06
    • 240

“Bir söhbət çıxmışdı, deyirdilər, qız yekəxanadır”

Müğənni Damla ilk dəfə TV-yə tək çıxmasının səbəbini açıqlayıb.

News24.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Günə bax” verilişində danışıb.

İfaçı bildirib: “Mövzu mənəmsə, mütləq danışacaqlar. Hollivuddan gələn stilist də məni geyindirsə, yenə müzakirə olunacaq. Onda da deyələr: "O, səni geyindirdi guya, nə oldu ki?!" 

Həmişə efirlərdə tək görünmək istəyirəm, heç kəslə "salam-sağ ol"dan başqa əlaqəm, dostluğum yoxdur. 8 aya yaxındır ki, efirlərdə yoxam. Sənətə yeni gəldiyim dövrlərdə dəvət alırdım. Verilişə gedirdim, deyirdilər ki, filan müğənni ilə siz olacaqsınız. Gedirdim, o müğənni deyirdi ki, "onunla efirə çıxmıram", o biri də deyirdi, "o olan yerdə mən yoxam".

Gedirdilər, tək qalırdım. Bütün efiri mənimlə bərabər aparıcı idarə edirdi. Növbəti həftə digər efirdə də bu hadisə yaşanırdı. İnsanların arasında belə bir söhbət yayılmışdı ki, qız yekəxanadır".