"Ailəm, uşaqlarım olduğu evə gecəylə basqın olundu" - Fuad Abbasov - VİDEO
    • 2-07-2019, 14:25
    • 934

"Ailəm, uşaqlarım olduğu evə gecəylə basqın olundu" - Fuad Abbasov - VİDEO

"50 il deportasiya olunmağımla şərəf duyuram" 


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Rusiyadan deportasiya olunan azərbaycanlı jurnalist Fuad Abbasov mətbuat konfransı keçirib. 

News24.az-ın xəbərinə görə, mətbuat konransı zalında Fuad Abbasov alqışlarla qarşılanıb. Jurnalist Ximki şəhərində başına gələnlər barədə məlumat verib: "Mayın 16-da heç bir xəbərdarlıq edilmədən mağazaya getdiyim anda 3 mülkü geyimli şəxs mənə hücum etdi. Mən müqavimət göstərdim. Bunu əllərində əsas gətirdilər və hüquq mühafizə orqanlarıının təzyiqinə məruz qaldım. Dedilər ki, müqavimət göstərdiyin üçün sənə bu cür davrandıq. Əlimi qandalladılar. Mikroavtobusa saldılar. Avtobusda polislərə aid heç bir əlamət yox idi. Ordan məni Ximki şəhərinə gətirdilər. Orda bildirdilər ki, Rusiyada yaşamaq iznindən məhrum edilmişəm. Qarşıma kağız qoyduıar və imzalamağımı tələb etdilər. Onlar arasında mənimlə bağlı yazılmış protokol var idi. Heç birinə imza atmadım. Vəkil tələb etdim. Bildirdilər ki, “artıq vəkil çağırmaq gecdir”. Halbuki heç yerdə belə qanun yoxdur. Sonra məni xarici vətəndaşların saxlandığı yerə gətirdilər. 4 gün ərzində heç kiminlə görüşməyimə, heç kimə zəng etməyimə icazə vermədilər. Başa düşdüm ki, bu, sifariş əsasında həyata keçirilir. İlk olaraq yanıma Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları gəldilər. Onları mən çağırmamışdım. Dedilər, səni burdan çıxaracağıq".

F.Abbasov deyib ki, o əvvəlcədən kiminsə sifarişinə görə yox, özünün gedəcəyini bildirib: "İyunun 6-da özüm ölkəni tərk edəcəyimi dedim. İyunun 7-də aeroporta kimliyi məlum olmayan bir şəxs dedi ki, geri qaytarın. Məni təcridxanaya geri qaytardılar. Rəsmi heç bir sənəd göstərmədiıər. Dedim ki, təcridxandan sənəd göstərilməsə, aclığa başlayacam. Daha sonra vəkillə hüququ proseslər başlandı. Səfirliyin köməyilə tutulan vəkil məhkəməyə şikayət etdi. Dedi, ya qalmağıma rəsmi sənəd versinlər, ya da bu əməllərinə görə məhkəmədə cavab versinlər. Daha sonra ailəm, uşaqlarım olduğu evə basqın elədilər. Xəbərdarlıq olmadan evimdə olan komyuterimi, kitablarımı, ailə üzvlərimin telefonlarını belə, fotoaparatlarr,, hətta mənə veriıən kirablar, medallar, əlyazmalarımı belə apardılar ki, nə işlə məşğulam".  

2069-cu ilə qədər Rusiyaya buraxılmayacağı ilə bağlı qərara Fuad Abbasovun fikri belədir: "Həqiqətən də 50 il boyunca Rusiyadan deportasiya olunmağımla şərəf duyuram. Çünki Rusiya kimi bir dövlət əgər azərbaycanlı jurnalsitdən ehtiyat edib onu 50 il ölkəyə buraxılmamaq qərarı verirsə, demək ki, ehtiyat edir. Bununla da, mən həqiqətən şərəf duyuram. Deportasiya 5 il ola bilər, amma 50 il yox..."

Azərbaycanlı jurnalist deyib ki, tutulmağının və deportasiya olunmağına səbəb Rusiya erməniləridir: "Düşmənlərimiz tərəfindən Rusiya ilə Azərbaycan əlaqələrinin pozulması üçün işləyirlər. Müharibə çıxarmağa, Azərbaycanla Rusiya, Rusiya ilə Türkiyə arasında münasibətlərin pozulmasına can atırlar. Bunlarında qarşısında bir jurnalist durur və planlarını pozur. Əlbəttə bütün bunlar gözlənilən idi". 



Afaq Mirayiq