Aktyor Vidadi Həsənov əməliyyat olundu
    • 2-07-2019, 16:38
    • 3 667

Aktyor Vidadi Həsənov əməliyyat olundu

Əməkdar artist Vidadi Həsənov xəstəxanaya yerləşdirilib.

News24.az APA-ya istinadən xəbər verir ki, aktyor Amid Qasımov xəbər verib.

Onun sözlərinə V.Həsənov ötən gecə ürəyində yaranmış problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. Aktyor dərhal əməliyyat olunub və onun ürəyinə stend qoyulub.

Aktyor hazırda xəstəxananın reanimasiya şöbəsindədir, vəziyyəti stabildir.