-
- 12-02-2019, 18:27
- 1 357
Abel Məhərrəmovun səhhəti ilə bağlı təfərrüatlar – EKSKLÜZİV
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun bir neçə gün əvvəl ürəyində yaranmış problemdən yana Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi məlum olub.
News24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, A.Məhərrəmov iki gün xəstəxananın reanimasiya şöbəsində müalicə aldıqdan sonra bu gün palataya köçürülüb.
Bildirilir ki, bir neçə müddət əvvəl keçmiş rektorun ürəyinə Almaniyada stend qoyulub. Məhz bu səbəbdən ürəyində problem yaranıb. Hazırda A.Məhərrəmovun səhhəti müsbət qiymətləndirilir və müalicəsi xəstəxananın kordiologiya şöbəsində palata şəraitində davam etdilir.
News24.Az