Küçənin ortasında hamilə qadını döydü, qadın isə...
    • Bu gün, 14:58
    • 169

Küçənin ortasında hamilə qadını döydü, qadın isə...

İstanbulda hamilə qadın küçənin ortasında zorakılığa məruz qalıb.

News24.az xəbər verir ki, qadın və yanındakı şəxs küçənin ortasında mübahisə edib.

Mübahisə böyüyərkən şübhəli ilk olaraq əlindəki paltarla yerdə oturan qadının üzünə vurub. Daha sonra yerdə oturan qadına sillə vuraraq hücum edib.

Səsləri eşidən ətrafdakı insanlar hücum edənə xəbərdarlıq edərək polisə müraciət edəcəklərini bildiriblər.

Xəbərdarlıqlara məhəl qoymayan şəxs qadına qarşı zorakılığını davam etdirib.

Zorakılığa məruz qalan qadın “Mənə yaxınlaşma”, "Sənin üzündən hamilə qaldım" dediyi eşidilib.

Xəbər üzərinə polis qrupları hadisə yerinə gəlbi. Qadının təcavüzkardan şikayətçi olmadığı öyrənilib.

Günel Məlikzadə