-
- 3-07-2024, 14:53
- 507
Arvadını küçənin ortasında öldürdü
İstanbulda bir qadın küçənin ortasında əri tərəfindən öldürülüb.
News24.az xəbər verir ki, iki uşaq anası Safiye Bıçak (46) həyat yoldaşı Vedat Bıçakla (48) şiddətli münaqişə yaşayıb.
Bu gün Safiye Bıçak konteynerə zibil atmağa hazırlaşarkən Vedat Bıçak ona yaxınlaşaraq silahını çıxarıb və Safiye Bıçaka bir neçə dəfə atəş açıb.
Qadın qan içində yerə yıxılıb, şübhəli şəxs binaya daxil olaraq evinə çıxıb. O, pəncərədən qışqıırb hədə-qorxu gələrək, hadisə yerindən qaçıb.
Silah səslərini eşidən məhəllə sakinləri polisə xəbər veriblər. Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
Günel Məlikzadə