Dünyanın ən yaşlı ailəsi hər gün bu yeməyi yeyir
    • Bu gün, 15:10
    • 241

Dünyanın ən yaşlı ailəsi hər gün bu yeməyi yeyir

2012-ci ildə "Dünyanın ən yaşlı ailəsi" olaraq Ginnesin Rekordlar Kitabına düşən Melis ailəsi həyatları boyu cəmi 3 qida qəbul edib. Mütəxəssislər İtaliyada yaşayan ailənin pəhrizinin onların uzunömürlülüyündə çox təsirli olduğunu vurğulayıblar.

Ümumi yaşı 818 olan Melis ailəsi dünyanın ən yaşlı ailəsi kimi tanınır. Ailə üzvlərinin uzunömürlülüyündə ətraf mühit faktorları təsirli olsa da, onların qidalanması da böyük əhəmiyyət kəsb edir.

News24.az xəbər verir ki, Melis ailəsi ömürləri boyu turş çörəyi yeməkdən əl çəkməyib. Ailə üzvlərinin maya çörəyi ilə birlikdə çoxlu paxlalı bitkilər yedikləri, yeməklərinə yalnız paxlalı lobya, ağ lobya və noxud daxil etdikləri öyrənilib.

Lobya aşağı glisemik indeksi sayəsində qan şəkərinin yüksəlməsini ləngidir. Tərkibindəki antioksidantlar bədəni sərbəst radikallara qarşı qoruyur.

Noxud 2-ci tip diabetin qarşısını almaqla yanaşı çəki nəzarətini təmin etmək üçün də tanınır. Glisemik indeksi aşağı olan noxud qan şəkərinin ani yüksəlməsinin qarşısını alır. Noxudun tərkibində karbohidratların həzmini gecikdirən amiloza adlı davamlı nişasta var. Amiloza insulin səviyyəsini saxlamaqda təsirli bir maddədir.

Sağlam sümüklərin yüksək nisbətdə kalsium, fosfat və kollagen olması vacibdir. Noxud sümükləri gücləndirən kalsium, lif, maqnezium və K vitamini ilə zəngin qidadır. Xüsusilə böyüməkdə olan uşaqların müntəzəm olaraq noxud istehlak etməsi tövsiyə olunur.

Turşu çörəyin tərkibində olan vitamin və minerallar orqanizm tərəfindən daha asan mənimsənilir. Tərkibindəki mikroorqanizmlər bağırsaq florasına müsbət təsir edir və həzm sisteminin sağlamlığını qoruyur. Turşu çörəyi digər çörəklərdən daha asan həzm edir.

Turşu çörəyin müntəzəm istifadəsi orqanizmdə B12 vitaminini artırır. Bu yolla beyin daha yaxşı işləyir və unutqanlıq azalır.

Bəzi mənbələr turş maya çörəyinin hətta maya alerjisi olan insanlar tərəfindən asanlıqla istehlak edilə biləcəyini bildirir, lakin allergik risklərin olduğu hallarda bir tibb işçisinə müraciət etmək faydalıdır.

Günel Məlikzadə