Zakir Həsənov Rusiya ordu generalına başsağlığı verdi
    • 3-07-2019, 10:29
    • 861

Zakir Həsənov Rusiya ordu generalına başsağlığı verdi

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkaarı ordu generalı Sergey Şoyquya başsağlı ünvanlayıb.
News24.az xəbər verir ki, başsağlığında deyilir: 

“Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.