Zakir Həsənov Pakistana başsağlığı verdi
    • 30-07-2019, 13:30
    • 1 093

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata, Ordu komandanı general Qamar Caved Bacvaya və Federal Müdafiə naziri cənab Pervez Xattaka başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən News24.az-a daxil olan başsağlığında deyilir: “Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
 
Allah rəhmət eləsin”