Mingəçevirdəki qəza planlı şəkildə baş verib - AÇIQLAMA
    • 3-07-2018, 17:01
    • 3 147

Mingəçevirdəki qəza planlı şəkildə baş verib - AÇIQLAMA

“Bu qəza planlı şəkildə baş verən bir olaydır. Bu, bir təxribatdır ki, əvvəlcədən planlaşdırılıb. Ölkədə xaos yaratmağa yönəlib. Biz də bunu nəzərə alaraq, rayon təşkialtlarına xəbərdarlıq etmişik ki, partiya üzvləri arasında bunun bir təxribat olduğunu desinlər”.

Bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Azərbaycan" İES-də baş vermiş qəzaya münasibət bildirərkən deyib.

O bildirib ki, baş vermiş hadisəyə görə, birbaşa olaraq Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev məsuliyyət daşıyır:

“Nə qədər ki, Etibar Pirverdiyev kimi mənşəcə erməni olanlar var, Azərbaycan hər zaman qaranlığa qərq olacaq. Bu, birbaşa olaraq ölkə başçısına xəyanətin təzahürüdür. Ona görə də, E.Pirverdiyev dövlətə, xalqa, millətə və dövlət başçısına dəfələrlə xəyanət edib, amma onun bu xəyanətlərinin üstü müəyyən dairələr tərəfindən hər dəfə də ört-basdır olunub. Bu gün də onun xəyanətkarlığı pik həddə çatıb. Xəyanətin qaşı, gözü olmur ki? Bu gün bizə də rayon təşkilatlarından məlumat veriblər ki, ölkədə böyük təxribatlar gedir. Bu təxribatçılar istəyir ki, milləti qaldırsınlar ayağa ki, dövlət başçısına qarşı çıxarsınlar. Ona görə də, E.Pirverdiyev kimi adamların hakimiyyətdə qalması utancverici haldır. Bunun üçün də, belələrinin aradan götürülməsi üçün tədbirlər görülməlidir”. 


Partiya sədri Azərenerji” ASC-nin məlum qəzanın baş vermə səbəbləri barədə yaydığı məlumatlara da münasibət bildirib. O bildirib ki, Azərenerji” ASC Mingəçevirdəki bu hadisəni ölkə ərazisində müşahidə olunan isti havca şəraiti ilə əlaqələndirib. Amma bu gülünc səbəbdir: “Ərəb ölkələrində də ilin 12 ayı 40-45 dərəcə isti olur. Amma heç orda ölkə ərazisi qaranlığa qərq olmur. Çünki onlar öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Məsuliyyətlərini dərk edirlər. Və ümumiyyətlə, belə xoşagəlməz halların qarşısının alınması üçün əvvəlcədən profilaktik tədbirlər həyata keçirirlər”.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-də qəza baş verib. Qəza nəticəsində Respublika ərazisində elektrik enerjisinin təchizatında problemlər yaranıb. Demək olar ki, ölkə ərazisi qaranlığa qərq olub.

//İnterpress.az