-
- Bu gün, 11:19
- 153
Şok tapıntı: COVID bu xəstəliyə çarə ola bilər
ABŞ tədqiqatçıları COVID-infeksiyası ilə xərçəng reqresiyası arasında əlaqə tapıblar ki, bu da şişlərin ölçüsünün kiçilməsinə gətirib çıxarır.
News24.az xarici mediaya istinadən xəbər verir ki, heyvan və insan toxumalarından istifadə edən alimlər xəstəlik törədən SARS-CoV-2 virusunun RNT molekullarının immun sistemində xərçəng əleyhinə xüsusiyyətlərə malik xüsusi hüceyrənin inkişafına təkan verdiyini müşahidə ediblər.
Araşdırmaçıların fikrincə, "induksiya olunan qeyri-klassik monositlər" və ya "I-NCM" kimi tanınan bu xüsusi hüceyrələr xərçəng hüceyrələrinə hücum edir. Tədqiqatçılar qeyd edib ki, bu kəşf xərçəngin müalicəsi üçün yeni yol açır.
COVID-19 tərəfindən aktivləşdirilən hüceyrələrin xərçənglə mübarizə üçün dərmanlarla stimullaşdırıla biləcəyini aşkar edən elm adamları xüsusilə melanoma, ağciyər, döş və kolon xərçəngi üçün cavab gördüklərini qeyd ediblər.
Tədqiqat hələ başlanğıc mərhələsində olmasına və effektivliyinin yalnız heyvanlar üzərində araşdırılmasına baxmayaraq, bu yanaşmanın digər müalicələrə cavab verməyən irəliləmiş xərçəng xəstələrinə fayda gətirmək üçün istifadə olunacağına ümid verdiyi ifadə edilir.
Xüsusi hüceyrələr inkişaf etdirərək, ənənəvi müalicə üsullarından nəticə almamış xərçəng xəstələri üçün potensial olaraq yeni bir yol yarada bilər.
Aynurə