Əməkdar artist:
    • 3-07-2019, 13:40
    • 1 458

Əməkdar artist: "Dörd ildə bir gün də olsa səni unutmadım" - VİDEO

Əməkdar artist Nüşabə Ələsgərli 4 il öncə vəfat edən anası ilə bağlı paylaşım edib. 

News24.az xəbər verir ki, ifaçı şəxsi instagram hesabında video paylaşaraq bunları yazıb:

“Ad günün mübarək gözəl anam. Balalarının, nəvələrinin başına pərvanə kimi dolanıb, yanan anam. Allah sənə rəhmət eləsin. Kaş o günlər olaydı. Özün qızından iki ay tez o dünyaya getdin ki, balan qorxmasın. Əllərini göyə açıb, Allahdan istədin ki, mənə balalarımın pis günün göstərmə. Allah səni eşitdi. İki ay öncə getdin. Balanın pis günün görmədin. Sağlam idin, ruhun cavan idi. Heyif mənim ən vəfalı dostum, sirdaşım. Doymadım səndən. Çox söz yaza bilərəm, amma yəqin bilirsən ki, dörd ildə bir gün də olsa səni unutmadım. Dünya gözəli, gözümün nuru, dünyanın rəngini gözümdə dəyişən anam”.