"Gözlərimin parıltısını apardı..." - GÜLBAHAR ŞÜKÜRLÜDƏN TƏSİRLİ PAYLAŞIM
    • 21-01-2020, 11:52
    • 1 147

"Gözlərimin parıltısını apardı..." - GÜLBAHAR ŞÜKÜRLÜDƏN TƏSİRLİ PAYLAŞIM

Əməkdar artist Gülbahar Şükürlu şəxsi "İnstagram" profilində təsirli paylaşım edib.

News24.az xəbər verir ki, qarmon ifaçısısı dünyasını dəyişən həyat yoldaşı ilə olan fotosunu paylaşaraq, darıxdığını dilə gətirib: "Həyatda güvəndiyim, çox arxalandığım, hədsiz inandığım ürək sirdaşım, məsləhət verənim, başımın tacı, çox gözəl insan - Zahid, həmişə qəlbimdəsən. Dünyanın ən gözəl atası, övladı, babası, dayısı, həyat yoldaşı...Abırlı, həyalı insan idi. Allah, gözlərimin parıltısını apardı. Həyat çox amansızdır. Adam ölənin arxasınca ölmür, amma pis günə qalır. Elə bilirdim öləcəm, yaşaya bilməyəcəm. Hətta hamı adamdan bezir".

Sevda Bayramova